Etibarlı logistika tərəfdaşınız
LoadStar Logistics, dünya miqyasında yüklərinizin təhlükəsiz və hər bir vəziyyətə uyğun sürətli alternativ yollarla daşınmasını təmin edən beynəlxalq yükdaşıma şirkətidir. Biz Çin, Avropa, Türkiyə, Rusiya, Qazaxıstan, BƏƏ, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və İran daxil olmaqla geniş bir coğrafiyada peşəkar nəqliyyat xidmətləri həyata keçiririk. Şirkətimiz həm tam yük (FTL), həm də qismən yük (LTL) daşımaları üzrə ixtisaslaşaraq, müştərilərimizin biznes tələblərinə uyğun xüsusi strategiyalar hazırlayır.
Biz logistikanı sadəcə yüklərin daşınması deyil, tərəfdaşlarımızın biznesinin böyüməsinə təkan verən strateji bir addım olaraq görürük. Müasir nəqliyyat infrastrukturumuz, geniş tərəfdaş şəbəkəmiz və peşəkar komandamız sayəsində yüklərinizin təhlükəsizliyini, operativliyini həmçinin tam vaxtında çatdırılmasını təmin edirik. Avtovoz və dəmir yolu daşımaları sahəsindəki güclü infrastrukturumuz, dəniz yolu xidmətlərimizlə birlikdə yüklərinizin istənilən hava və yol şəraitində fasiləsiz, daha sürətli və sərfəli şərtlərlə çatdırılmasını təmin edir. LoadStar olaraq, hər addımda şəffaflıq və güvən prinsiplərinə sadiq qalaraq avtomobilinizi təhlükəsiz şəkildə ünvanınıza çatdırırıq.
Niyə Load Star-ı seçməlisiniz?
LoadStar Logistics olaraq müştərilərimizə qlobal standartlara uyğun və tam sığortalanmış beynəlxalq yükdaşıma xidmətləri təqdim edirik. Şirkətimiz əsasən beynəlxalq avtovoz və dəmir yolu daşımaları olmaqla, həmçinin dəniz və hava yollarını bir-birinə inteqrasiya edərək multimodal nəqliyyat həlləri təklif edir. Biz qapıdan qapıya çatdırılma xidmətimizlə xaricdən alınan avtomobilləri birbaşa olduğu ünvandan təhvil alır və bütün daşıma prosesini öz üzərimizə götürərək tam təhlükəsiz şəkildə düz sizin ünvanınıza çatdırırıq.
Logistika zəncirinin problemsiz irəliləməsi üçün idxal, ixrac və tranzit əməliyyatlarının idarə edilməsi, eləcə də gömrük rəsmiləşdirilməsi sahəsində peşəkar məsləhət və icra dəstəyi veririk. Tərəfdaşlarımızın ən doğru və büdcəyə qənaət edən qərarları verə bilməsi üçün onlara marşrut seçimi, sərfəli qiymət tarifləri, daşıma şərtləri və yüklərin tam sığortalanması barədə qabaqcadan hərtərəfli məlumat dəstəyi təmin edirik.
Gizli ödənişlər yoxdur. Bütün xərclər əvvəlcədən bildirilib razılaşdırılır.
Avtomobilinizin hər an harada olduğunu izləyin. SMS və email bildirişlər.
Gömrük, sığorta, akkreditiv — bütün sənəd işlərini biz həll edirik.
5+ illik təcrübəyə malik mütəxəssislərdən ibarət komanda.
Bütün avtomobillər daşıma müddətində tam sığorta ilə qorunur.
Hər hansı sual üçün 7/24 dəstək xidmətimizdən istifadə edin.
Bütün ödənişlər rəsmi qaydada həyata keçirilir. Qaimə, müqavilə və bank köçürməsi ilə tam şəffaflıq.
Optimum marşrut seçimi və səmərəli lojistika ilə yükünüz ən qısa müddətdə çatdırılır.
Load Star Logistics olaraq işimizi hər mərhələdə şəffaflıq, sürət və təhlükəsizlik prinsipləri üzərində qururuq. Proses müştərimizin müraciəti və yük barədə məlumatları bizə ötürməsi ilə başlayır. İlk addımda peşəkar komandamız yükün xüsusiyyətlərini analiz edərək ən optimal marşrutu və sərfəli qiymət tarifləri hazırlayır, müştəriyə hərtərəfli məsləhət dəstəyi təqdim edir. Qarşılıqlı razılıq əldə olunduqdan sonra daşıma müqaviləsi imzalanır və yükləriniz tam sığortalanaraq risklər sıfıra endirilir.
Növbəti mərhələdə xaricdəki tərəfdaş şəbəkəmiz və ya şəxsi avtovozlarımızdan ibarət güclü parkımız dərhal hərəkətə keçərək yükü birbaşa olduğu ünvandan təhvil alır. Daşıma müddətində bütün idxal, ixrac və tranzit sənədləşmələri, eləcə də gömrük rəsmiləşdirilməsi prosesləri bizim tərəfimizdən operativ şəkildə idarə olunur. Yükünüz yolda olarkən hər addımda şəffaflıq qorunur və müştəriyə mütəmadi məlumat axını təmin edilir. Son mərhələdə isə avtomobiliniz qapıdan qapıya çatdırılma konseptimizə uyğun olaraq, tam təhlükəsiz və vəd olunan vaxtda birbaşa sizin təyin etdiyiniz ünvana gətirilərək sizə təhvil verilir.
Sorğu formasını doldurun, bizimlə əlaqə saxlayın.
24 saat ərzində ətraflı qiymət təklifi göndəririk.
Ödəniş razılaşdırıldıqdan sonra avtomobilinizi götürürük.
Avtomobiliniz Azərbaycana çatdırılır, siz xəbərdar edilirsiniz.